EN

“Betis”in futbolçusu qırmızı vərəqəyə görə azarkeşlərdən üzr istəyib

“Betis”in hücumameyilli yarımmüdafiəçisi Antoni İspaniya La Liqasının 13-cü turunda “Jirona” ilə oyunda aldığı qırmızı vərəqəyə görə azarkeşlərdən üzrxahlıq edib.

90deqiqe.Az xəbər verir ki, braziliyalı futbolçu bu barədə sosial şəbəkə hesabında paylaşdığı açıqlamada qeyd edib:

“Qırmızı vərəqə aldığım üçün çox təəssüf edirəm. Sadəcə komandama qələbə qazanmaqda kömək etmək istəyirdim. Tamamilə qeyri-iradi bir hərəkət idi… Məni daim dəstəkləyən bütün azarkeşlərdən üzr istəyirəm.”

Braziliyalı futbolçu matçın son dəqiqələrində meydandan qovulub. O, 89-cu dəqiqədə tullanaraq “qayçı zərbəsi” vurmağa çalışarkən təsadüfən Xoel Rokun üz nahiyəsinə ayağı ilə zərbə endirib. Baş hakim İosu Qalek Apeçtegiya epizodu VAR vasitəsilə izlədikdən sonra Antoniyə qırmızı vərəqə göstərib.

Antoni cari mövsümdə La Liqada “Betis”in heyətində doqquz matçda iştirak edib, dörd qol və bir məhsuldar ötürmə ilə yadda qalıb. O, həmçinin Avropa Liqasında üç oyunda iki qol vurub və bir asist edib.

Chosen
103
90deqiqe.az

1Sources