"Quba" daha bir basketbolçunun transferini rəsmiləşdirib.

Offsideplus.az xəbər verir ki, onlar ABŞ-dan olan basketbolçu Kris Klarkı heyətinə cəlb edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

K. Klark son olaraq "Naxçıvan"da çıxış edirdi.

Onunla mövsümün sonuna qədər müqavilə imzalanıb.