EN

Erməni qonaqların Bakının inkişafını görməsi, simvolik bir mesajdır -Deputat

Xəbər verdiyimiz kimi, ötən həftə “Sülh Körpüsü” Təşəbbüsü çərçivəsində Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrindən ibarət qrupun Azərbaycana səfəri baş tutub.

Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin Bakıya səfəri bölgədə sülh prosesi baxımından nə dərəcədə əhəmiyyətlidir?

Sualımıza cavab olaraq Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Fariz İsmayılzadə bildirdi ki, bu kimi təşəbbüslərə müsbət yanaşır.

"Çünki belə təşəbbüslər ölkələr arasında etibar və dialoqu artırır, həmçinin sülh prosesinə dəstək verir. İnsanlar arasında, xüsusilə gənclər, vətəndaş cəmiyyəti, ziyalılar və alimlər arasında əlaqələr nə qədər sıx olsa, o qədər anlaşma və əməkdaşlıq üçün şərait yaranar, bu da regionumuzda dayanıqlı və etibarlı sülh prosesinə təkan verir. Eyni zamanda qeyd etməliyəm ki, erməni qonaqların Bakının inkişafını görməsi, şəhərimizdə gəzintilər etməsi və yeni infrastruktur layihələrini müşahidə etməsi həm də simvolik bir mesaj verir: Azərbaycan, həm ölkənin lideri, həm də regionun söz sahibidir. Azərbaycandakı iqtisadi və infrastruktur inkişafı, şəhərimizin yenilənməsi və dəyişməsi erməni cəmiyyətinə bir mesajdır ki, Azərbaycan lider ölkə olaraq qalır və bu liderliklə həmişə hesablaşmaq vacibdir", - deyə millət vəkili vurğuladı.

Xədicə BAXIŞLI

Chosen
6
1
redaktor.az

2Sources