EN

“WhatsApp”ın bloklanması üçün əsaslı səbəblərVAR

"WhatsApp"ın Rusiyada bloklanması üçün kifayət qədər əsaslar mövcuddur.

Redaktor.az xəbər verir ki, bu barədə Dövlət Dumasının deputatı Artyom Kiryanov “Telegram” kanalında yazıb.

Onun sözlərinə görə, rusiyalılar messencerin işindən getdikcə daha çox şikayət etməyə başlayıblar.

Yalnız 25 noyabr tarixində “Sboy RF” platforması ölkə üzrə "WhatsApp"la bağlı 1274 şikayət qeydə alıb. Deputat əlavə edib ki, servis istifadəçi məlumatlarının təhlükəsizliyinə tam etinasız yanaşır. Buna misal olaraq yaxınlarda 3,5 milyard istifadəçi nömrəsinin sızması göstərilir ki, bu da qərb platformasından istifadənin təhlükəli olduğunu sübut edir.

Kiryanov qeyd edib ki, "WhatsApp" Rusiya qanunlarını yerinə yetirmir, tənzimləyicilərin tələblərini görməməzliyə vurur və dövlətin, eləcə də vətəndaşların maraqlarına zidd fəaliyyətini davam etdirir.

O xatırladıb ki, messencerin sahibi Meta Rusiyada ekstremist və qadağan olunmuş təşkilat kimi tanınıb.

Aytəkin TOFİQQIZI

Chosen
96
1
redaktor.az

2Sources