EN

ABŞ Macarıstan şirkətinə Rusiya neftini almağa icazə verdi

BAKI, 25 noyabr.TELEQRAF

ABŞ Maliyyə Nazirliyi Macarıstanın neft-qaz şirkətinə 21 noyabr 2026-cı il tarixinədək LUKOIL-dan neft almağa fərdi icazə verib.

Teleqraf xəbər verir ki, bu barədə "Bloomberg" Xarici Aktivlərə Nəzarət Ofisinin (OFAC) sənədlərinə istinadən məlumat yayıb.

ABŞ Ədliyyə Departamenti MOL-a LUKOIL və onun ticarət şirkəti Litasco ilə "Drujba" boru kəməri ilə tədarük edilən nefti almaq üçün əməliyyatlar aparmağa icazə verib. Bununla belə, əməliyyatlar ABŞ şirkətlərinə, fiziki şəxslərə, ABŞ-ın maliyyə sisteminə təsir etməməli və ya digər sanksiya tətbiq edilən qurumlara fayda verməməlidir.

Agentliyin məlumatına görə, Macarıstanın Baş naziri Viktor Orban ABŞ-ın güzəşt müddətini 2026-cı ildən sonra da uzadacağını gözləyir. Macarıstanın energetika naziri Çaba Lantos "Bloomberg"ə bildirib ki, Budapeşt Aİ-nin 2028-ci ildən etibarən Rusiyanın enerji idxalını qadağan etmək təşəbbüsünü əngəlləmək istəyir.

Chosen
98
teleqraf.com

1Sources