EN

​Türkiyədə içməli su çatışmazlığı Fasilə ilə veriləcək

Metbuat portalından alınan məlumata görə, ain.az xəbər verir.

Türkiyədə içməli su çatışmazlığı özünü qabarıq şəkildə göstərməyə başlayıb. Artıq bir neçə şəhərdə qənaət rejiminə keçilib.

Metbuat.az xəbər verir ki, Yalova şəhərində daha sərt tədbirlərə əl atılıb. Noyabrın 26-dan etibarən şəhərdə və şəhərə bağlı olan qəsəbə və kəndlərdə əhaliyə sutkada 10 saat içməli su verilməyəcək. Suyun kəsilməsi axşam 20:00-dan səhər 05:00-a kimi davam edəcək.

Yalova valiliyindən bildirilib ki, müəyyən edilmiş vaxtda üzmə hovuzlarına, iaşə obyektlərinə də şuyun verilməsi dayandırılacaq.

Yalova Valisi Hülya Kaya şəhər əhalisini içməli suya qənaət etməyə çağırıb. Vali parkların və həyətyanı sahələrin sulanmasında məhdudiyyətlərin tətbiq ediləcəyini vurğulayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
37
1
metbuat.az

2Sources