Fransada Luvr muzeyindən oğurluq etməkdə şübhəli bilinən daha 4 nəfər saxlanılıb.
APA xəbər verir ki, bu barədə Paris şəhər prokurorluğu “CNN”-ə məlumat verib.
Bildirilib ki, saxlanılanlar 38 və 39 yaşlı iki kişi, 31 və 40 yaşlı iki qadındır.
Qeyd edək ki, bundan əvvəl də 4 nəfər şübhəli Luvr muzeyində baş vermiş zinət əşyası oğurluğu ilə bağlı həbs edilmişdi.
Xatırladaq ki, muzeydə soyğun oktyabrın 19-da baş vermiş və nəticədə qiymətli zinət əşyaları və daş-qaşlar oğurlanmışdı.