EN

Bir qəzadan qaçıb, digərinə düşdü; sürücü və azyaşlı öldü FOTO VİDEO

Avtosfer saytından verilən məlumata görə, ain.az xəbər verir.

Bir qəzadan qaçıb, digərinə düşən qadın sürücü və azyaşlı hadisə yerində ölüblər. Avtosfer.az xəbər verir ki, Rusiyanın Orenburq vilayətində baş verən hadisənin kadrları kameraya düşüb.

Belə ki, qadın sürücü idarə etdiyi “Volkswagen Jetta” markalı avtomobillə hərəkətdə olan zaman qəfildən qarşına çıxan maşınla toqquşmamaq üçün manevr edib və sükan idarəetməsini itirərək qarşı zolağa keçərək TIR-a çırpılıb. Zərbənin təsirindən “Volkswagen” yol kənarına düşüb və yanıb.

Qəza nəticəsində “Jetta”nın sürücüsü və onun azyaşlı sərnişini ölüblər.

Hazırda faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Sözügedən hadisənin anbaan videosunu təqdim edirik:

Namiq Musayev

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
115
avtosfer.az

1Sources