Dünya tennisinin əfsanələrindən biri, ispaniyalı Rafael Nadal bir il əvvəl karyerasına son qoyduğunu açıqlasa da, bugünlərdə korta qayıtmaqla hər kəsi təəccübləndirib.
"Football-plus.az" xəbər verir ki, “Böyük dəbilqə” turnirlərinin 22 qat qalibi filippinli tennisçi Aleksandra Eala ilə birgə məşq edib. Bu, veteran idmançının uzun fasilədən sonra ilk ciddi hazırlığı kimi dəyərləndirilir.
Nadalın məşq görüntüləri tennis ictimaiyyətində böyük maraq doğurub. Bir çox ekspertlər onun fiziki durumunun yaxşı göründüyünü və məşqlərdə yüksək motivasiya göstərdiyini bildiriblər.
Tərəfdarların ən çox verdiyi sual isə budu: Nadal 2026-cı ildə “Rolan Qarros”a qayıda bilərmi? İspaniyalı əfsanə indiyədək Parisdə 14 dəfə çempion olub və bu turnir onun karyerasının rəmzinə çevrilib. Onun daha bir tarixi cəhd edəcəyiistisna olunmur.
Nadal hazırda rəsmi dönüş barədə açıqlama verməsə də, karyerasını bitirməsinə baxmayaraq, məşq etməsi onun tennisdən tam ayrılmamasına işarə kimi qiymətləndirilir.