BAKI, 25 noyabr. TELEQRAF
"Çempionlar Liqasında bacardığımız qədər irəliləmək istəyirik".
Teleqraf xəbər verir ki, bunu İtaliya "Napoli"nin futbolçusu Rasmus Höylund evdə "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqası matçı öncəsi "Sky Sport"a açıqlamasında deyib.
"Bu gün üç xal qazana bilərik. Çempionlar Liqasında oynamaq şansım olduğu üçün özümü xoşbəxt hiss edirəm. Rəqiblərə qarşı qollar vurmağa davam etmək istəyirəm. Klubumuzun əfsanəsi Dieqo Armando Maradonanın şərəfinə adlandırılmış stadionda xüsusi oyun, xüsusilə bu gün, çünki onun vəfatından 5 il keçir. Bu, bizim üçün xüsusi bir gündür. Qələbə qazanaraq günümüzü daha da xüsusi etməliyik".
Qeyd edək ki, "Napoli" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.