EN

Zelenski Ofisinin müşaviri: Kiyev ilin sonunadək atəşkəsə ümid edir

Ukrayna ABŞ tərəfindən təklif edilən sülh planı çərçivəsində 2025-ci ilin sonunadək atəşkəsin əldə olunacağını gözləyir.

APA xəbər verir ki, bu barədə Ukrayna Prezident Administrasiyası rəhbərinin müşaviri Aleksandr Bevz "Al Jazeera" telekanalına müsahibəsində bildirib.

“Ola bilsin ki, böyük uğur qazandıq. Ukrayna bir daha Cenevrədəki sülh təşəbbüslərinə görə Prezident Donald Tramp administrasiyasına təşəkkür edir”, — deyə Bevz vurğulayıb.

Onun sözlərinə görə, mediada yayılan ABŞ sülh planındakı maddələrin sayı “daima dəyişir”, hazırkı sənəd isə Vaşinqtonla nəzərdən keçirilir və “Ukraynanın təklifləri nəzərə alınmaqla” yenilənir.

Chosen
18
1
apa.az

2Sources