EN

4 nəfərə qarşı dələduzluqda ittiham edilən usta şərti cəza alıb

BAKI, 26 noyabr. TELEQRAF

Daşkəsən şəhər Kommunal Müəssisələri Kombinatının sanitar təmizliyi sahəsində usta vəzifəsində çalışan Rizvan Məhərrəmov bir neçə nəfərə qarşı dələduzluqda ittiham edilərək hakim qarşısına çıxarılıb.

Teleqraf.com xəbər verir ki, 1968-ci il təvəllüdlü Rizvan Məhərrəmov barəsində açılmış cinayət işi üzrə araşdıma Daşkəsən Rayon Məhkəməsində yekunlaşıb və hökm elan olunub.

İttihama əsasən, Rizvan Məhərrəmov müxtəlif tanışlarından onları və yaxınlarını işlədiyi Kommunal Müəssisələr Kombinatında işə düzəldəcəyi vədi ilə ümumilikdə 10 min manat pul alıb. O, zərərçəkmiş şəxslərə süpürgəçi, mühafizəçi və fəhlə kimi işlər vəd etsə də, heç birini işə düzəltməyib. Əldə etdiyi pulları isə şəxsi ehtiyaclarına xərcləyib.

Təqsirləndirilən şəxs məhkəmədə ifadəsində bildirib ki, maddi çətinliklər səbəbindən bu üsula əl atıb:

İttiham aktında 4 zərərçəkmiş şəxs yer alır. Onların hər birindən müxtəlif vədlərlə pullar alınıb:

Rizvan Məhərrəmov istintaq və məhkəmə zamanı ziyanın bir hissəsini ödədiyi üçün zərərçəkmişlər ondan şikayətçi olmadıqlarını bildiriblər.

Daşkəsən Rayon Məhkəməsi Rizvan Məhərrəmovu dələduzluqda təqsirli bilib, lakin şərti cəza təyin edərək onu məhkəmə zalından azad edib.

Chosen
55
teleqraf.com

1Sources