EN

“Ermənistan Azərbaycan, Ermənistan Türkiyə nizamlanmasının əleyhinə olan hər kəs ya xarici agentdir, ya da əclaf...”

ain.az, Moderator.az portalına istinadən məlumatı açıqlayır.

“Bir daha deyirəm: Ermənistanın siyasi arenasında Ermənistan-Azərbaycan, eləcə də Ermənistan-Türkiyə nizamlanmasının əleyhinə olan hər kəs ya xarici agentdir, ya da əclafdır”.

Moderator.az xəbər verir ki, “Armtimes” nəşrinin yaydığı məlumata görə, bunu noyabrın 21-də Ermənistan vətəndaş cəmiyyətinin bir sıra nümayəndələrinin Bakı səfərində iştirak etmiş politoloq, “Təhlükəsizlik Siyasəti Araşdırma Mərkəzi” QHT-nin prezidenti Areq Koçinyan sosial şəbəkədəki səhifəsində yazıb.

Xatırladılır ki, digər görüş və ziyarətlərlə yanaşı, Bakıda qonaq olan Ermənistan vətəndaş cəmiyyətinin 5 nümayəndəsini   Azərbaycan Prezidentinin Xarici siyasət məsələləri üzrə köməkçisi Hikmət Hacıyev də qəbul edib.

S.Laçın

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
33
1
moderator.az

2Sources