EN

Nazir Mərkəzi Asiya Universitetinin rəhbər heyəti və QS prezidenti ilə görüşüb

Elm və təhsil naziri Emin Əmrullayev Özbəkistan Respublikasının Daşkənd şəhərinə səfəri çərçivəsində Mərkəzi Asiya Universitetini ziyarət edərək universitetin rəhbər heyəti və himayəçilər şurasının sədri Abducabar Abduvaxitov ilə görüşüb.

Teleqraf xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.

Bildirilib ki, nazir eləcə də universitetin maddi-texniki bazası ilə tanış olub.

Eyni zamanda, səfər çərçivəsində “Quacquarelli Symonds” (QS) qlobal reytinq agentliyinin təsisçisi və prezidenti Nuntsio Kvakvarelli ilə də görüş keçirilib, Azərbaycan ali təhsil müəssisələrinin beynəlxalq rəqabət qabiliyyətinin artırılması istiqamətində gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.

Chosen
51
18
teleqraf.com

10Sources