EN

Vitkoff gələn həftə Moskvaya səfər edəcək

Apa.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Vitkoff gələn həftə Moskvaya səfər edəcək.

APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov "Moskva. Kreml. Putin" verilişinin müəllifi və aparıcısı Pavel Zarubinə müsahibəsində bildirib.

"Vitkoffla bağlı deyə bilərəm ki, onun gələn həftə Moskvaya gəlməsi üçün ilkin razılıq əldə edilib. O və Ukrayna məsələsi ilə məşğul olan bir neçə administrasiya rəsmisi gələcək", Kremlin rəsmisi qeyd edib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
43
7
apa.az

8Sources