EN

Neymar 2025-ci ildə bir daha oynaya bilməyəcək

Braziliyanın "Santos" klubunun hücumçusu Neymar sol dizində menisk zədəsi alıb...

Poliqon Globo portalına istinadən xəbər verir ki, braziliyalı forvard bu şəbədən 2025-ci ildə meydana çıxa bilməyəcək.

Medianın məlumatına görə, o, Braziliya A Seriyasının 35-ci turunun "Internasional" ilə oyunu ərəfəsində sol dizində ağrı hiss edib və oynamayıb. Əvvəlcə hücumçunun yalnız bir oyunu buraxacağı gözlənilirdi, lakin zədə daha ciddi olub.

Neymar komandasına yüksək divizionda qalmaq uğrunda mübarizədə vacib oyunlarda kömək edə bilməyəcək.

25 iyul 2025-ci ildə Braziliyanın "Santos" klubu Neymarla müqavilə imzaladığını elan edib. 33 yaşlı futbolçunun klubla müqaviləsi 2025-ci ilin sonuna qədərdir və müddəti bitdikdən sonra müqaviləni uzatmaq imkanı da var.

Neymar bundan əvvvəl "Barselona" (İspaniya), PSJ (Fransa) və "Əl-Hilal" (Səudiyyə Ərəbistanı) klublarında çıxış edib.

Poliqon.info

Chosen
64
poliqon.info

1Sources