EN

İtaliyada qadın qətlinə görə ömürlük həbs cəzası qüvvəyə mindi

Baku.ws portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

İtaliyada qadın qətllərinə qarşı daha sərt cəzalar nəzərdə tutan yeni qanun parlamentdə yekdilliklə qəbul edilib. Baş nazir Corciya Meloninin hökuməti tərəfindən hazırlanan qanun qadınların sırf genderinə görə öldürülməsini ayrıca cinayət kimi tanıyır və belə hallarda ömürlük həbs cəzasını məcburi edir.

BAKU.WS xarici mediaya istinadən xəbər verir ki, yeni "577-bis" maddəsinə əsasən, qadına qarşı nifrət, ayrı-seçkilik və ya onun azadlığını məhdudlaşdırmaq məqsədi ilə törədilən qətl ən ağır cəza ilə – ömürlük həbs ilə nəticələnəcək.

Meloni qərarı "qadınlara qarşı zorakılığa qarşı siyasi həmrəyliyin mesajı" kimi qiymətləndirib.

Rəsmi məlumatlara görə, bu il İtaliyada 1 yanvar–20 oktyabr tarixləri arasında 85 qadın qətli baş verib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
76
4
baku.ws

6Sources