“İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi” (İRİA) publik hüquqi şəxsi “SNYK” kibertəhlükəsizlik platforması üzrə lisenziyanın alınmasına 331 784 AZN sərf edəcək.
Pravda.az-ın xəbərinə görə, ödəniş “Smartit” MMC-yə ediləcək. Nizamnamə kapitalı 100 AZN olan şirkətin qanuni təmsilçisi Nicat Vaqif oğlu Abdullayevdir.
Tərəflər arasında bağlanan müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməyib.
Cabir
Tarix: 26 Noyabr 2025, 11:03