EN

BAKI KÜÇƏLƏRINDƏ SSRİ BAYRAĞI “Kommunistlər” saxlanıldı + FOTO/ VİDEO

Azpolitika.az saytından alınan məlumata görə, ain.az bildirir.

Bakıdakı parkların birində bir qrup şəxs SSRİ bayrağı ilə yürüş keçirib. “AzPolitika” xəbər verir ki, sosial şəbəkələrdə kommunist ideologiyasını təbliğ edən müsiqi ilə müşayiət olunan “yürüş”ün əks olunduğu video yayımlanıb.

Videoda bir neçə şəxs SSRİ və Azərbaycan SSR-in bayraqlarını dalğalandıraraq, parkla hərəkət edir və bunun çəkilişini aparır. Bu təxribat xarakterli görüntülərin kimlərəsə hesabat verilməsi üçün çəkildiyi aydın görünür.

Əməliyyat tədbirləri nəticəsində polis hadisənin təşkilatçılarını - Abdullah İbrahimli və İbrahim Əsədlini, eləcə də aksiyanın digər iştirakçılarını müəyyən edib. Bu barədə məlumat verən “haqqın.az”-ın xəbərinə görə, onların hamısı saxlanılıb və həmin şəxslərə qarşı cinayət işi açılıb.

İstintaq müəyyən edib ki, bu qrup ofis sahəsi icarəyə götürüb və başqa bir dövlətin(söhbətin hansı dövlətdən getdiyini izah etməyə yəqin ki, ehtiyac yoxdur) dəstəyi ilə mütəşəkkil şəkildə fəaliyyət göstərib, vaxtaşırı görüşlər keçirib.

Saxlanılanlarla əlaqəli ofislərdə və yaşayış yerlərində axtarışlar zamanı kommunist ideologiyasının təbliğinə yönəlmiş materiallar: bayraqlar, təbliğat kitabları, radikal məzmunlu materiallar, CD-lər və digər elektron media aşkar edilərək götürülüb. İstintaq davam edir.

C.Məmmədli

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
28
azpolitika.info

1Sources