EN

SSRİ bayrağına görə saxlanılanların DOSYESİ FOTO

ain.az, Olke.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Xəbər verdiyimiz kimi, Bakıda SSRİ bayrağı qaldıran bir qrup şəxs həbs edilib.

Ölkə.Az xəbər verir ki, saxlanılan şəxslər tanınmış həkim-onkoloq İbrahim Əsədli və keçmiş idman müxbiri Abdulla İbrahimlidir.

İlkin istintaqla həmin şəxslərin başqa bir dövlətin dəstəyi və ayırdığı maliyyə hesabına ofis icarəyə götürərək qrup halında fəaliyyət göstərməsi və vaxtaşırı toplantılar həyata keçirməsi müəyyən olunub.

Adı çəkilən şəxslərə məxsus ofis və mənzillərə baxış zamanı kommunist ideologiyasının təbliğinə yönəlik çox saylı materiallar, bayraqlar, radikallığı təbliğ edən kitab nüsxələri, CD-disklər və digər elektron cihazlar aşkarlanaraq götürülüb.

İbrahim Əsədli kimdir?

Əsədli Ibrahim Novruz oğlu, 1974-cü ildə Bakıda anadan olub.

1991-1997-ci illərdə İbrahim Əsədli N.Nərimanov adına Azərbaycan Tibb Universitetinin I müalicə-profilaktika fakültəsində oxuyub.

1997-1998-ci illərdə İbrahim Əsədli Milli Onkologiya Mərkəzində həkim-interna kimi torakal cərrahiyyə, urologiya, abdominal cərrahiyyə və hematologiya şöbələrində işləyib, onkoloq ixtisasına yiyələnib.

Sentyabr 1994 – iyul 1997 Bakı şəhəri Onkolojı Dispaserində və sentyabr 1995 – iyun 1996 Respublika Toksikolojı mərkəzində tibb qardaşı vəzifəsində işləyib.

1998-2000-ci illərdə İbrahim Əsədli Milli Ordu sıralarında hərbi-səhra cərrahı kimi Qarabağda xidmət edib.

Mənbələrdə onun Moskvada psixoanalitika üzrə təhsil aldığı, ftiziatr olması da göstərilir.

2016-cı ildən indiyə kimi Valeologiya və İnteqrativ Təbabət Mərkəzinin rəhbəri vəzifəsində çalışır.

Ailəlidir, iki övladı var. 

Xərçəngi müalicə etdiyini dediyi çıxışları ilə gündəmə gələn İ.Əsədli sosial şəbəkələrdə də SSRİ ideologiyası, kommunizm və s. ilə bağlı çox sayda paylaşımlar edib. O, kommunistlərin doğum günlərində xüsusi paylaşımlar edib, kommunist ideologiyasının tərəfdarları ilə bir araya gələrək görüşlər keçirib.

Fəaliyyətini təkcə həkimliklə məhdudlaşdırmayan İ.Əsədli siyasi proseslər barədə şərhlər verib.

“Biz artıq görürük ki, son 30 ildə SSRİ-nin dağılması ilə birqütblü dünya formalaşıb. Bu bir qütblü dünyanın fikri də vahid kapitalist faşist oliqarxik bir hökumətin yaradılmasıdır. 

Qlobal imperialist sistemi dərin böhrandadır.Bu böhrandan 2 çıxış yolu var: ya qlobal müharibə, ya da kommunizmə keçid”, - deyə o söyləyib.

O, son olaraq ötən il həyat yoldaşı ilə yaşadığı qalmaqalla gündəmə gəlib.

Belə ki, İbrahim Əsədli və həyat yoldaşı Aynur Əsədli arasında mübahisə yaşanmışdı. Daha sonra İ.Əsədli qeyri-rəsmi münasibətdə olduğu Aynur adlı qadınla birlikdə A.Əsədliyə qarşı şiddət göstərmişdi.

SSRİ bayrağına görə saxlanılanlardan biri də Abdulla İsmayıloğlu imzası ilə fəaliyyət göstərmiş və vaxilə idman müxbirliyi edən Abdulla İbrahimlidir. Əslən qazaxlı olan Abdulla keçmiş hərbçidir. O da İ.Əsədli kimi sosial şəbəkələrdə kommunizmi dəstəkləyən paylaşımlar edib.

Billurə

 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
25
1
olke.az

2Sources