EN

Cəlilabad sakini torpağı özüşumlayan qurğu ixtira etdi - FOTO

CƏLİLABAD, 26 noyabr. TELEQRAF

Cəlilabad rayonunun Günəşli kənd sakini Rövşən Abdullayev həyətyanı sahələrişumlamaq, mala çəkmək və kartof əkini üçün kanallar açmaq məqsədilə xüsusi mini-texnika hazırlayıb.

Teleqraf-ın Cənub bürosu xəbər verir ki, daxiliyanma mühərriki ilə işləyən qurğu kiçik təsərrüfatlar üçün əlverişli sayılır.

Hazırlanan mini-texnikanın ən böyük üstünlüklərindən biri, iri kənd təsərrüfatı traktorlarının daxil ola bilmədiyi və ya işin çətin olduğu sahələrdə rahatlıqla işləyəbilməsidir.

Qurğu avtomatik mexanizmə malikdir və demək olar ki, istifadəçinin müdaxiləsi olmadan işini yerinə yetirir.

İş prinsipi belədir:Texnikaya bərkidilmiş troslu kotan şumlanacaq sahənin başlanğıc nöqtəsinə yerləşdirilir. Mühərrik işə salındıqda fırlanan sistem trosuçəkərək kotanı irəli doğru hərəkət etdirir.

Bu zaman torpaq ardıcıl şəkildə çevrilir və sahənin şumlanması tam avtomatik şəkildə həyata keçirilir. Eyni metodla kartof üçün cərgə-kanalların açılması və mala çəkilməsi də mümkündür.

Rövşən Abdullayev bildirir ki, hazırda bu texnikanın daha səssiz, iqtisadi və ekologiyaya uyğun olan elektriklə işləyən yeni modelinin üzərində çalışır. Yeni versiyada enerji sərfiyyatının azalması, idarəetmənin daha rahatlaşdırılması və təhlükəsizlik mexanizmlərinin təkmilləşdirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, kənd sakininin hazırladığı bu yerli istehsal mini-texnika xərci azaltmaqla yanaşı, kiçik və orta təsərrüfat sahibləri üçün əməyi xeyli yüngülləşdirir və iş prosesini sürətləndirir.

Chosen
127
2
teleqraf.com

3Sources