EN

AK rəhbəri: Ukraynanın gələcəyinin Avropa İttifaqındadır

Avropa Komissiyasının (AK) prezidenti Ursula fon der Leyen Ukraynanın gələcəyinin Avropa İttiaqında olduğunu bildirib...

Poliqon xəbər verir ki, o, bu barədə Avropa Parlamentindəki çıxışında danışıb.

Onun sözlərinə görə, Ukrayna öz gələcəyini və Avropa taleyini sərbəst şəkildə seçə bilməlidir.

"Bu, sadəcə tale məsələsi deyil. Bu, istənilən təhlükəsizlik zəmanəti sisteminin əsas və ayrılmaz hissəsidir və biz bunu birlikdə həyata keçirmək üçün əlimizdən gələni edəcəyik", deyə fon der Leyen bildirib.

Avropa Komissiyasının prezidenti dondurulmuş Rusiya aktivlərinin istifadəsi üçün hüquqi əsaslandırma təqdim etməyə hazır olduğunu bildirib:

"Avropa Komissiyası Rusiya aktivlərinin istifadəsi ilə bağlı hüquqi mətn təqdim etməyə hazırdır".

Poliqon.info

 

Chosen
55
29
poliqon.info

10Sources