Ukraynada müharibəyə son qoymaya dair ABŞ-nin dəstəklədiyi 28 bəndlik sülh planın müəllifi rusiyalılardır və o, oktyabr ayında Tramp administrasiyasına təqdim edilən sənədə əsaslanır.
"Yeni Sabah" reuters-ə istinadla xəbər verir ki, bunu 3 mənbə təsdiqləyib.
Rusiyalılar oktyabrın ortalarında Donald Tramp və Volodimir Zelenski arasında Vaşinqtonda keçirilən görüşdən sonra Moskvanın müharibəni dayandırmaq üçün şərtlərini əks etdirən sənədi ABŞ-nin yüksək rütbəli rəsmilərinə çatdırılıb.
Sənəddə Rusiya hökumətinin əvvəllər danışıqlar masası arxasında irəli sürdüyü müddəalar, o cümlədən Ukraynanın rədd etdiyi, məsələn, şərq ərazisinin əhəmiyyətli hissəsinin verilməsi kimi müddəalar var.
Telegram kanalımız