EN

Rusiya Vladimir Zelenskini həbs etdi

Lent az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Rusiyanın Novosibirsk qarnizon hərbi məhkəməsi rüşvət işi üzrə Ukrayna prezidentinin soyadını daşıyan hərbi qulluqçu Vladimir Zelenskinin taleyi ilə bağlı qərar verib və onu hərbi rütbəsindən məhrum edib.

Lent.az yerli mediaya istinadla bildirir ki, məhkəmə materiallarından göründüyü kimi, hərbi qulluqçu 1,5 milyon rubl tələb edib. Əvəzində isə vətəndaşa hərbi şəhərcik ərazisində onun mühafizəsinə həvalə olunmuş binalardan birini sökmək imkanı verəcəyini vəd edib. O, tikinti texnikasının əraziyə maneəsiz girişini təmin edəcəyini, işçilərin söküntünü aparıb sonradan tikinti tullantılarını çıxara biləcəyini söyləyib.

Zelenski Rusiya FTX əməkdaşları tərəfindən rüşvətin ilk hissəsini aldıqdan sonra saxlanılıb. Pul vəsaiti müsadirə edilib.

İttiham olunan şəxsə qarşı ittiham hökmü elan olunub: Zelenskiyə ciddi rejimli islah həbsxanasında 9 il həbs cəzası verilib. Bundan əlavə, ona 1,5 milyon rubl məbləğində cərimə də təyin edilib. Həmçinin o, 4 il müddətinə hakimiyyət səlahiyyətlərinin həyata keçirilməsi, təşkilati-idarəetmə və inzibati-təsərrüfat səlahiyyətləri ilə bağlı dövlət orqanlarında vəzifə tutmaq hüququndan məhrum edilib.

Bundan başqa, Zelenski artıq hərbi rütbəyə də sahib deyil.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
21
lent.az

1Sources