EN

Rusiyanın xalq artisti Vsevolod Şilovski vəfat edib

Rusiyanın xalq artisti, teatr və kino aktyoru və rejissor Vsevolod Şilovski 87 yaşında vəfat etdi.

Qaziler.az bildirir ki, bu barədə onun teatr studiyasının mətbuat xidməti 26 noyabrda məlumat verib.

 "Vsevolod Nikolayeviç vəfat edib", - TASS-a verdiyi məlumatda deyilir.

Vsevolod Şilovski 1938-ci ildə Moskvada anadan olub. O, 1961-ci ildə Moskva İncəsənət Teatr Məktəbini bitirib və sonradan teatr truppasına qəbul edilib. O, "Valentina", "Səs", "Torpedoçular", "Hərbi-səhra romanı", "İnterqız", "Barxanov və onun cangüdəni", "Klim Samginin həyatı" və "İf qəsrinin məhbusu" filmlərindəki rolları ilə geniş şöhrət qazanıb.

Şilovski həmçinin "Evlilik səbətində milyon", "Gəzən ulduzlar", "Şərəfsizlik kodeksi" və "Hökm" filmlərində rejissor kimi də çalışıb.

QAZİLER.AZ

Chosen
3
qaziler.az

1Sources