EN

Fəzail Ağamalının nəvəsi xristianlığı qəbul edib? - Deputat qızının görüntüsü MÜZAKİRƏ YARATDI

Sosial şəbəkədə Milli Məclisin deputatı Günay Ağamalının qızı Nigar Həsənovaya aid olduğu iddia edilən görüntülər yayılıb.

Görüntüləri Şəfəq Ağacan adlı sosial media istifadəçisi yayıb.

O, Nigar Həsənovanın vücudundakı tatuları tənqid edib.

Videogörüntülərdə xanımın boynundakı xaç da sual yaradıb.

Sosial media istifadəçiləri deputatın qızının xristianlığı qəbul edib etmədiyini soruşublar.

Məsələ ilə bağlı Lent.az Günay Ağamalı ilə əlaqə saxlamağa cəhd edib.

Deputat zənglərə cavab verməyib, "Whattsap" mesajından sonra isə nömrəni bloklayıb.

Lent.az qızın səhifəsi ilə bağlı Tiktok-da araşdırma aparıb. Məlum olub ki, həmin səhifə bütün paylaşımlarını silib.

Qeyd edək ki, Günay Ağamalı Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvüdür.

O, bundan əvvəl medianın diqqətinə atasının sədri olduğu Ana Vətən Partiyasındakı qalmaqalla gəlmişdi.

Günay Ağamalı qardaşı Elçin Ağamalı ilə partiya sədrliyi postu uğrunda mübarizə, daha sonra isə dava etmişdi.

Nəticədə AVP qurultayı "bacı və qardaş davası" kimi yadda qalmışdı.

 

Chosen
35
7
musavat.com

10Sources