Avtosfer saytından alınan məlumata görə, ain.az bildirir.
Paytaxtın Tbilisi prospektində qayda pozan sürücülər kameraya düşüb.
Bu barədə izləyicilərdən biri Avtosfer.az-ın “Whatsapp” ünvanına videomaterial göndərib.
Hadisə noyabrın 25-i, saat 17:04 radələrində qeydə alınıb. Belə ki, 99-GQ-607 dövlət nömrə nişanlı “Changan” markalı avtomobilin sürücüsü iki zolağın ortasında hərəkət edərək həm təhlükə yaradıb, həm də digər nəqliyyat vasitələrinin hərəkətini çətinləşdirib. Üstəlik, o, digər sürücülərin ona yol verməsi üçün uzaqvuran işıqları yandırıb və dəfələrlə siqnal verib. Şikayətçi bildirir ki, tıxacda gözləmək istəməyən sürücü əlavə zolaq yaradaraq sıxlığı daha da artırıb və hərəkətdə olarkən avtomobilin sağ güzgüsünə də ziyan vurub.
Eyni zamanda kadrda 10-VZ-067 dövlət nömrə nişanlı “VAZ-2112” markalı avtomobilin sürücüsünün də “Changan”ın arxasınca hərəkət edərək eyni qayda pozuntusuna yol verdiyi aydın şəkildə görünür.
Nərmin
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.