EN

Rafael Nadal "Real Madrid"in prezidenti olmaq istəyir

Sabiq ispan tennisçi Rafael Nadal "Real Madrid"in prezidenti ola biləcəyini deyib.

Fanat.Az xəbər verir ki, o, "Mundo Deportivo"ya açıqlamasında bunu istisna etməyib:

"Real Madrid"in yaxşı prezidenti (Florentino Peres) var və klubun yeni rəhbərə ehtiyacı yoxdur. Gələcəkdə nəyin necə olacağını isə heç kim bilmir. Konseptual olaraq, bəli, mən istərdim, niyə də olmasın? Bu, gözəl, motivasiyaedici və həyəcan verici bir çağırışdır".

Qeyd edək ki, Florentino Peres ilk dəfə 2000-ci ildə "Real Madrid"in prezidenti olub. Onun səlahiyyət müddəti 2028-ci ilə qədərdir. Bununla belə, 78 yaşlı funksionerin 2026-cı ildə Madrid klubunu tərk etmək qərarına gəldiyi bildirilir. 

Mirağa

Chosen
46
33
fanat.az

10Sources