EN

Günay Ağamalı qızı ilə bağlı yayılan videoya münasibət bildirdi

"Sosial mediada ailə üzvlərim haqqında əsassız, təhrif olunmuş məlumatlar yayımlanır. Şəxsi həyata aid saxta görüntülərin siyasi məqsədlərlə ictimailəşdirilməsi və  övladımın adına çıxarılması şəxsiyyətimi, fəaliyyətimi və ictimai nüfuzumu hədəfə almağa yönəlmiş qərəzli və manipulyativ kampaniyanın tərkib hissəsidir..."

Bu sözləri "Yeni Sabah"a deputat Günay Ağamalı deyib. 

Qeyd etmək istəyirəm ki, yayılan videodakı şəxs mənim övladım deyil. Bu sifarişlə hazırlanmış bir qara-piar kampaniyasıdır. Videodakı qızın qızıma müəyyən bənzərliyi olsa da, onun qızıma heç bir aidiyyəti yoxdur. Bu cür saxta materiallardan istifadə etməklə ailəmə, övladlarıma və fəaliyyətimə kölgə salmaq cəhdi həm hüquqi, həm də mənəvi  baxımdan yolverilməzdir.

Hər bir vətəndaş Konstitusiya ilə təsbit edilmiş şəxsi toxunulmazlıq  hüququna malikdir.

Bizi yolumuzdan heç kim çəkindirə bilməz.

Bu yolda atdığımız hər bir addım, gördüyümüz hər bir iş dövlətimizin və  xalqımızın  mənafeyinə xidmət edir və bundan sonra da belə olacaq.

Media qurumlarını və cəmiyyətə yanlış məlumat ötürənləri  qanunvericiliyin tələblərinə əməl etməyə çağırıram.

Günay Ağamalı 

 


Telegram kanalımız
Chosen
31
29
yenisabah.az

10Sources