EN

Süni intellekt 2040-a qədər qlobal iqtisadiyyata 20 trilyon dollar əlavə dəyər qazandıra bilər - Nazir müşaviri

Bakı. Trend:

Süni intellekt 2040-cı ilədək qlobal iqtisadiyyata təxminən 20trilyon dollara qədər əlavə dəyər qazandıra bilər.

Trend xəbərverir ki, bunu Azərbaycan Respublikasının iqtisadiyyat nazirininmüşaviri Rauf Nəcəfli bu gün Bakıda keçirilən "2-ci BeynəlxalqCaspian Innovation Forum”unda deyib.

"Dövlət qurumları və özəl sektorlar tərəfindən data əsaslıhəllərə keçidin təmin edilməsi, süni intellekt həllərinin tətbiqiüçün texnoloji mühitin təmin edilməsi məqsədilə nazirlik tərəfindənsuperkompüter infrastrukturun qurulmasına başlanılıb", - obildirib.

Müşavir eyni zamanda hədəflərdən də danışıb: "2030-cu ilədəkhədəfimiz aydındır: tam rəqəmsallaşdırılmış sənaye bazası, yüksəkixtisaslı işçi qüvvəsi və transformasiya olunmuş iqtisadi sektor.Bu istiqamətdə artıq nazirliyin tabeliyində Dördüncü Sənayeİnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) tərəfindən yerlivə beynəlxalq tərəfdaşlarla birlikdə hazırlanmış "Sənaye 4.0Hazırlıq" proqramına start verilib.

Proqramın məqsədi sənaye 4.0 texnologiyalarının inteqrasiyası,əməliyyat səmərəliliyinin artırılması və innovasiyaların təşviqiyolu ilə yerli müəssisələrin rəqabət gücünü yüksəltmək və bununlada ölkə iqtisadiyyatının ümumi inkişafına töhfə verməkdir".

Məqalədə:
Chosen
97
az.trend.az

1Sources