Unikal.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
Bakıda “2-ci Beynəlxalq Caspian Innovation Forum”u keçirilir.
"Unikal" xəbər verir ki, tədbir Azərbaycan Milli Biznes Assosiasiyası, “Caspian Energy Club”ın birgə təşkilatçılığı və "Caspel" MMC-nin tərəfdaşlığı ilə keçirilir.
Tədbirdə innovasiyalar, texnologiyalar, süni intellekt və dayanıqlı inkişaf sahələrində fəaliyyət göstərən Xəzər, Qara dəniz və Baltik regionunun aparıcı şirkətləri, o cümlədən diplomatik missiya nümayəndələri iştirak edirlər.
Forumda iqtisadiyyatın rəqəmsal transformasiyası, kibertəhlükəsizlik və sənayedə innovativ texnologiyaların tətbiqi kimi mövzular müzakirə olunur.
Qeyd edək ki, 2005-ci ildən fəaliyyətə başlamış Caspel şirkəti 20 illik təcrübəyə malik beynəlxalq İKT inteqratorudur. Şirkət “açar təslim” üsulu ilə İT infrastrukturun layihələndirilməsi, hazırlanması və quraşdırılması sahəsində kompleks həllər təklif edir. Caspel-in fəaliyyət istiqamətləri çərçivəsində həmçinin, biznes və sənaye proseslərinin avtomatlaşdırılması üçün proqram təminatlarının yaradılması kimi xidmətlər mövcuddur.
Müxbir: Anar Kəlbiyev
Fotolar: Turqut Sultan





Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.