EN

"Azərbaycanda iki böyük superkompüter mərkəzi yaradılır" - Ceyhun Quliyev

"Dünya çox sürətlə dəyişir. Süni intellekt, bulud həlləri, kibertəhlükəsizlik və rəqəmsal xidmətlər artıq biznesin gələcəyini müəyyən edən əsas amillərdir"

"Unikal" xəbər verir ki, bunu “2-ci Beynəlxalq Caspian Innovation Forumun"da çıxışı zamanı "Caspel" şirkətinin İdarə Heyətinin sədri Ceyhun Quliyev deyib.

O bildirib ki, bu forum sadəcə tədbir deyil, Azərbaycan və Xəzər regionunda innovasiyaya verdiyimiz önəmin, həmçinin özəl sektor, dövlət qurumları və onların qarşılıqlı inkişaf inteqrasiyası arasında körpü yaratmaq istəyimizin bir göstəricisidir:

"Bugünkü forum bizə yeni əməkdaşlıq istiqamətlərini müzakirə etmək, rəqəmsal transformasiyanın növbəti mərhələsinə birlikdə addımlamaq üçün böyük imkan yaradır. Burada səslənəcək fikirlər və təkliflər regionun innovasiya xəritəsində mühüm yer tutacaq. Biz "Caspel" olaraq hər zaman bu inkişafın önündə olmağa çalışmışıq. Müştərilərimizə yalnız texnoloji həllər yox, eyni zamanda sabaha adaptasiya üçün strateji dəstək təqdim etmişik. 

"Caspel" olaraq fəaliyyətimizin əsasında innovasiya, etibarlılıq və strateji texnoloji inkişaf dayanır. Şirkətimiz 20 ildən artıqdır ki, Azərbaycanın dövlət və özəl sektorunda İT infrastrukturunun qurulması, kibertəhıükəsizlik, bulud həllləri, şəbəkə sistemləri və rəqəmsal transformasiya sahəsində dayanıqlı tərəfdaş kimi çıxış edir. Son illər isə biz daha sürətli rəqəmsallaşma dalğasına uyğun olaraq fəaliyyətimizi genişləndirmişik".

C.Quliyev qeyd edib ki, Azərbaycanda süni intellekt infrastrukturu üçün iki böyük superkompüter mərkəzi yaradılır:

"Birinci mərkəz "Caspel" şirkəti tərəfindən qurulur. Texnologiya baxımından Dell infrastrukturu üzərində qurulur və NVIDIA H200 GPU-ları ilə təchiz edilib. İqtisadiyyatın rəqəmsallaşması, "ağıllı" sənaye və avtomatlaşdırma üçün superkompüter infrastrukturu strateji dayağa çevrilə bilər. Bu mərkəzlərin yaradılması Azərbaycan dövlətinin süni intellekt strategiyasının inkişafına təkan verəcək. Superkompüterlər "rəqəmsal suverenlik" üçün vacib hesab olunur. Böyük məlumatların emalı ölkə daxilində aparılacaq, xarici buludlara (xarici serverlərə) asılılıq azalacaq".

Anar Kəlbiyev

Chosen
107
50
unikal.az

10Sources