EN

Bu il dünyada 75 milyon avtomobil satıldı

2025-ci ilin ilk 10 ayında dünyada 75 milyon ədəd təzə minik avtomobili satılıb. 

Avtosfer.az xəbər verir ki, statistikanı “GlobalData Automotive” təşkilatı yayıb. Təşkilatın ekspertləri bildirirlər ki, artıq qlobal avtomobil satışları pandemiyadan əvvəlki səviyyəyə yaxınlaşır. 

Avtomobil bazarının lokomotivi yenə də Çin hesab edilir. Yanvar-oktyabr aylarında ölkədə 21,8 milyon maşın satılıb. Bu da illiik əsasda 10,7 faiz artım deməkdir. Dünya üzrə ümumi satışların 30 faizi bu ölkənin payına düşür. 

Hesabat dövründə ABŞ-də 13,55 milyon maşın satılıb ki, bu da ötən ildəkindən 18 faiz çoxdur. Dünya üzrə satılan təzə avtomobillərin 3,8 faizi dünyanın birinci iqtisadiyyatının payına düşür.

Bundan başqa, Qərbi Avropada 11,2 milyon maşın (+0,1%) sahibini tapıb. 3,7 milyon avtomobilin satıldığı Şərqi Avropada isə 1 faiz geriləmə qeydə alınıb. 
“GlobalData Automotive” təşkilatı bu il dünyada ötənilkindən 3,7 faiz daha çox, yəni 92 milyon ədəd avtomobil satılacağını proqnozlaşdırır.

Vüqar

Chosen
54
avtosfer.az

1Sources