EN

Oyun zamanı huşunu itirən Medianın vəziyyəti açıqlandı

GlobalInfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

UEFA Çempionlar Liqasının liqa mərhələsinin V turunda İtaliyada “Napoli” ilə keçirilən oyun zamanı zədə alan “Qarabağ”ın futbolçusu Kevin Medinanın durumuna aydınlıq gətirilib.

Globalinfo.az xəbər verir ki, Ağdam təmsilçisinin mətbuat xidmətindən verilən məlumata görə, bu gün aparılan müayinələr nəticəsində müdafiəçinin vəziyyətinin normal olduğu müəyyənləşib. Komanda sabah istirahət edəcək. Medinanın noyabrın 28-dən komanda ilə məşqlərə qoşulması gözlənilir.

Xatırladaq ki, oyun epizodlarının birində rəqib futbolçunun qüvvətli zərbəsindən sonra Kevin Medinanın üzünə tuş gəlib. Nəticədə kolumbiyalı futbolçu huşunu itirib. Müdafiəçi oyuna davam etmək istəsə də, baş məşqçi Qurban Qurbanov tərəfindən 60-cı dəqiqədə əvəzlənib.

Qarşılaşma “Napoli”nin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
69
5
globalinfo.az

10Sources