
Mingəçevir Dövlət Universitetinə (MDU) yeni prorektor təyinatı imzalanıb.
Reyting.az xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayevin əmrinə əsasən, Natəvan Namazova MDU-nun Elm və innovasiya məsələləri üzrə prorektoru təyin olunub.
O bu gün universitet kollektivinə təqdim edilib.
Qeyd edək ki, Natəvan Namazova 2023-cü ildən Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının İqtisad elmləri üzrə Ekspert Şurasının üzvü və elmi katibidir.