EN

SON DƏQİQƏ: Medinanın durumuna aydınlıq gəldi – VƏZİYYƏTİ…

UEFA Çempionlar Liqasının V turu çərçivəsində İtaliyada “Napoli” ilə keçirilən oyunda huşunu itirən “Qarabağ”ın futbolçusu Kevin Medina tibbi müayinədən keçib .

Teleqraf-ın məlumatına görə, bu gün aparılan müayinələr nəticəsində futbolçunun vəziyyətinin normal olduğu müəyyənləşib.

Ağdam klubu sabah istirahət edəcək. Medinanın növbəti gündən komanda ilə məşqlərə qoşulması gözlənilir.

Qeyd edək ki, sözügedən matçın 5-ci dəqiqəsində rəqib futbolçu Skot Maktomineyin qapı çərçivəsinə vurduğu top Medinanın üzünə dəymişdi və bu səbəbdən o, huşunu itirmişdi.

Kolumbiyalı oyunçu həkimlərin müayinəsindən sonra oyuna davam etmişdi.

Chosen
39
2
millitv.net

3Sources