EN

Ronaldo Portuqaliya millisinin futbolçularına bahalı saatlar hədiyyə etdi

BAKI, 26 noyabr. TELEQRAF

Portuqaliya millisinin və "Əl-Nassr"ın hücumçusu Kriştiano Ronaldo Millətlər Liqasındakı qələbə münasibəti ilə komanda yoldaşlarına bahalı saatlar hədiyyə edib.

Teleqraf xəbər verir ki, hədiyyələr oyunçulara DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Portuqaliyanın xeyrinə 9:1 hesabı ilə başa çatan Ermənistanla matçdan əvvəl təqdim olunub.

Saatın siferblatında Portuqaliya Futbol Federasiyasının gerbi və Millətlər Liqasının kuboku əks olunub. Cəmi 35 ədəd istehsal edilib.

Chosen
107
teleqraf.com

1Sources