EN

Sumqayıtda qadın iynənin səhv vurulmasından dünyasını dəyişib?VİDEO

Xəstəxanada iynə vurulan 72 yaşlı qadın ölüb.

Xezerxeber.az xəbər verir ki, hadisə Sumqayıt şəhərinin 45-ci məhəlləsində yerləşən Ailə Sağlamlıq Mərkəzində qeydə alınıb.

Sumqayıt şəhəri, 6-cı mikrorayon, 11 saylı binasında yaşayan Nigar Babaxanovanın cənazəsi dəfn olunması üçün ailəsi tərəfindən Qusar rayonuna aparılıb.

TƏBİB-dən bildirilib ki, dünən saat 10:30 radələrində 1953-cü il təvəllüdlü qadın yüksək təzyiq şikayəti ilə bağlı 3 nömrəli Ailə Sağlamlıq Mərkəzinə müraciət edib. Xəstəyə həkim təyinatı əsasında "Aktoseril" preparatının inyeksiyası icra edilib. İnyeksiya zamanı xəstənin halı pisləşib, qəfil və sürətlə inkişaf edən anafilaktik şok reaksiyası baş verib. Dərhal təcili tibbi yardım tədbirləri görülüb, bütün zəruri müdaxilələr ardıcıl şəkildə icra edilib. Bütün reanimasiya tədbirlərinə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq, saat 11:30 radələrində şəxsin bioloji ölüm faktı qeydə alınıb.

Hadisə ilə bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Chosen
29
xezerxeber.az

1Sources