EN

Goranboyda bina uçdu- 10-a yaxın mənzil…

Goranboy rayonun Çəfər Cabbarlı küçəsi 4 ünvanında yerləşən beşmərtəbəli 60 mənzilli binanın bir hissəsi bu gün axşam saatlarında uçub.
ONN media  xəbər verir ki, buna səbəb bir neçə gün bundan öncə adıçəkilən binanın ikinci blokunda dayaq panelin sıradan çıxması olub.
Bina qəzalı vəziyyətdə olduğu üçün 60 mənzilin sakinləri öncədən təxliyə olunub. Bu səbəbdən qəza zamanı təlafat qeydə alınmayıb.
Hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin (FHN) və digər güc strukturları cəlb olunub.
***
Goranboyda uçan binada 10-a yaxın mənzil içərisindəki əşyalarla birlikdə tam sıradan çıxıb.
Cəfər Cabarlı küçəsi 4 ünvanında yerləşən beşmərtəbəli, 60 mənzilli binadan təxliyə olunan sakinlərin bu gün şəxsi əşyalarının çıxarılması üçün onların iştirakı ilə işlər aparılıb.
Sakinlərin binadan əşyalarının çıxarılması saat 18:00-dək davam edib. Bu səbəbdən axşam saatlarında anidən çökən binada insan təlafatı qeydə alınmayıb. Lakin əşyaların çıxarılması prosesi binanın çökmüş blokunda tam yekunlaşmadığı üçün 10-a yaxın mənzildə olan bütün əşyalar tamamilə sıradan çıxıb.
Hazırda hadisə yerində Fövqaladə Hallar Nazirliyi (FHN) və digər qurumların nümayəndələri tərəfindən işlər davam etdirilir.
Chosen
29
onn.az

1Sources