EN

Lənkəranda iki maşın toqquşdu – Xəsarət alan var – FOTO

Lənkəranda yol-nəqliyyat hadisəsi baş verib.

NOCOMMENT.az-ın Cənub bürosunun verdiyi xəbərə görə, axşam saatlarında Lənkəran-Lerik magistralında, Lənkəran rayonunun Kərgəlan kəndi ərazisində yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Hərəkətdə olan “VAZ-2107” markalı nəqliyyat vasitəsi “VAZ 21012” markalı nəqliyyat vasitəsi ilə toqquşub. Qəza nəticəsində Kərgəlan kənd sakini 1997-ci il təvəllüdlü Cəbi Xəzail oğlu Quluzadə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. O, hadisə yerinə gələn təcili tibbi yardım avtomobili ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub. C.Quluzadə vəziyyətinə uyğun olaraq müalicəsi müvafiq şöbədə davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

 

Chosen
69
4
nocomment.az

10Sources