EN

Lənkəranda qəza oldu - Yaralanan var

Lənkəran rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal" xəbər verir ki, hadisə Lənkəran-Lerik magistralının Lənkəran rayonunun Kərgəlan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "VAZ-2107" markalı nəqliyyat vasitəsi "VAZ 21012" markalı nəqliyyat vasitəsi ilə toqquşub. 

Hadisə nəticəsində Kərgəlan kənd sakini, 1997-ci il təvəllüdlü Cəbi Xəzail oğlu Quluzadə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. O, hadisə yerinə gələn təcili tibbi yardım avtomobili ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.

Faktla bağlı araşdırma aparılır.

Xəlil Əliyev

Chosen
48
4
unikal.az

9Sources