EN

Almaniyada ata illərlə övladlarına cinsi zor tətbiq edib

Almaniyanın Osnabruk şəhərində dəhşətli ailə faciəsi məhkəmə hökmü ilə nəticələnib…

Poliqon xəbər verir ki, Almaniyanın Osnabruk şəhərində 49 yaşlı kişi öz övladlarına qarşı illərlə davam edən cinsi zorakılığa görə məhkəmə qarşısına çıxarılıb. Hamburger Abendblatt-ın məlumatına görə, ata həm oğluna, həm də qızına qarşı çoxsaylı zorakılıq aktları törədib, üstəlik oğlunu bacısını zorlamağa məcbur edib.

Məhkəmə materiallarına əsasən, ailə bir mənzildə yaşayırmış və zorakılıq halları ən azı 2017–2021-ci illəri əhatə edib. Bu dövrdə uşaqların yaşı 10 ilə 16 arasında olub. İttiham aktında 200 epizod qeyd olunsa da, hökm yalnız 12 epizod üzrə çıxarılıb. Ata həm fiziki, həm də psixoloji təzyiqlərlə uşaqları daim qorxu altında saxlayıb.

İstintaq orqanlarının bu cinayətləri necə aşkar etməsi açıqlanmayıb. Məhkəmə iclasları qapalı keçirilib ki, həm zərərçəkənlərin, həm də təqsirləndirilən şəxsin müdafiəsi təmin olunsun.

Nəticədə məhkəmə 49 yaşlı ataya 9 il müddətinə azadlıqdan məhrumetmə cəzası verib. Onun hökmdən bir həftə ərzində apellyasiya qaydasında şikayət etmək hüququ var.

Bu hadisə Almaniyada ailədaxili zorakılıq və uşaqların müdafiəsi ilə bağlı ictimai müzakirələri yenidən gündəmə gətirib. Ekspertlər bildirirlər ki, belə halların qarşısını almaq üçün sosial xidmətlərin və hüquq-mühafizə orqanlarının daha sıx əməkdaşlığı vacibdir.

Poliqon.info

Chosen
35
poliqon.info

1Sources