EN

Vaşinqtonun mərkəzində atışmaya görə bir nəfər saxlanılıb

Hadisə Ağ Evə yaxın ərazidə baş verib…

Poliqon xəbər verir ki, ABŞ paytaxtı Vaşinqtonun mərkəzində baş verən atışma ilə bağlı bir nəfər polis tərəfindən saxlanılıb. Şəhər polis departamenti sosial şəbəkə X-də yayımladığı açıqlamada hadisənin Ağ Evdən bir neçə küçə aralıda baş verdiyini bildirib.

Hazırda hadisə yeri tamamilə polis tərəfindən nəzarətə götürülüb və əraziyə giriş məhdudlaşdırılıb. Hüquq-mühafizə orqanları şəhər sakinlərinə həmin bölgədən uzaq durmağı tövsiyə ediblər.

Daha əvvəl yayılan məlumatda bidlirilirdi ki, Ağ Evə yaxın ərazidə baş verən silahlı insident zamanı iki ABŞ Milli Qvardiya əməkdaşı yaralanıb.

Məsələ ilə bağlı Ağ Evin mətbuat katibi Kerolayn Levitt açıqlama verərək, ABŞ Prezidenti Donald Trampın baş verənlərdən xəbərdar olduğunu və vəziyyəti diqqətlə izlədiyini vurğulayıb.

Hadisənin motivləri və saxlanılan şəxsin kimliyi barədə əlavə məlumat hələlik açıqlanmayıb. İstintaq davam edir və polis ictimaiyyətə yeni məlumatların veriləcəyini bildirib.

Poliqon.info

Chosen
29
poliqon.info

1Sources