“Qalatasaray” Çempionlar Liqasındakı “Yunion Sent Jilluaz” qarşılaşmasında yalnız bir oyunçu dəyişikliyi edərək diqqət çəkib.
Fanat.Az xəbər verir ki, bu, İstanbul təmsilçisinin 2002-ci ilin fevralında “Liverpul”la oyundan bəri ilk dəfə bir ÇL matçını tək dəyişiklə tamamlamasıdır. Beləliklə, “sarı-qırmızı”lar 23 il sonra eyni statistik vəziyyəti yenidən yaşayıb.
Matçın gedişində meydana daxil olan Arda Ünyay isə qırmızı vərəqə alaraq oyun xaricində qalıb. Bu səbəbdən oyunu bitirən heyətdə ehtiyatdan daxil olmuş heç bir futbolçu olmayıb. “Qalatasaray”ın məhz bu nadir vəziyyəti sosial şəbəkələrdə də geniş müzakirə olunub.
Kamil Xudiyev