EN

Ana sevgilisinə görə uşaqlarını ac saxlayıb vəhşicəsinə DÖYÜB – VİDEO

Qadın sevgilisi ilə yeni həyat qurmağa çalışarkən uşaqların ona mane olduğunu düşünərək onlara işgəncə verib.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Hadisə Rusiyanın Yakutiya bölgəsində baş verib. Məlumata görə, qadın birgə yaşadığı kişi ilə yeni şəxsi həyat qurmağa çalışıb.

Lakin azyaşlı uşaqlar onun bu “xoşbəxtliyinə” mane olduğu üçün ana onları döyərək cəzalandırmağa başlayıb.

Mənzildən gələn uşaq qışqırıqlarını eşidən qonşular polisə müraciət ediblər.

Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları 6 yaşlı oğlanı olduqca arıqlamış, taqətdən düşmüş və qorxmuş vəziyyətdə tapıblar. 

3 və 6 yaşlı uşaqlar təcili xəstəxanaya aparılıb və prokurorluq artıq anaya qarşı işə başlayıb.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
44
interpress.az

1Sources