UEFA Çempionlar Liqasında Liqa mərhələsində 5 tur geridə qalıb.
Offsideplus.az xəbər verir ki, "Qarabağ" hazırda 7 xalla 19-cu pillədə qərarlaşıb. Təmsilçimiz ən azından 1/16 final mərhələsinə (pley-off) düşməyə çalışır.
Bunun üçün onlara qalan 3 oyunda 1 qələbə belə bəs edə bilər. Hazırkı məqamda da 1/16 final zonasında (ilk 24-lük) yer alan "Qarabağ"ın növbəti mərhələdə potensial rəqibləri bəllidir.
Cədvəl bu cür yekunlaşarsa, ağdamlılar ya "Liverpul", ya da "Qalaatasaray" ilə qarşılaşacaq.
Lakin bu rəqiblər hazırkı məqama olan rəqiblərdir və pillələr dəyişdikcə rəqiblər də dəyişə bilər.