EN

Ronaldonun ailəsində yeni üzv: Hər kəs ondan danışır

“Əl-Nəsr”in ulduzu Kriştiano Ronaldo və Corcina Rodriqes toylarından bir neçə ay əvvəl ailələrinə yeni üzv qoşulduğunu açıqlayıblar.

Publika.az xəbər verir ki, ailəyə bir balaca it əlavə olunub. O, artıq dünya üzrə azarkeşlərin qəlbini fəth edib. Corcina “Instagram”da ürəkdolusu video paylaşıb. Görüntüdə yeni sevimli ev heyvanı cütlüyün lüks evində ilk addımlarını atır.

Şərhlərdə dərhal böyük coşqu başlanıb. Fanatlar ulduz ailəyə təbriklər və komplimentlər ünvanlayıb. stilik gəlib.

Ronalduyun ev heyvanları kolleksiyası uzun müddətdir ki, müzakirə mövzusudur. Futbolçuda artıq Maroska adlı labrador, Antonia adlı Çin tükü olmayan iti və məşhur sfinks – tüksüz pişik var.

Chosen
72
publika.az

1Sources