EN

68 yaşlı qadının ölümünə səbəb olan sürücüyə hökm oxunub

BAKI, 27 noyabr. TELEQRAF

Saatlı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törədən şəxs hakim qarşısına çıxarılıb.

Teleqraf xəbər verir ki, 1991-ci il təvəllüdlü Vüsal Məmmədov idarə etdiyi “VAZ 2107” markalı, 40-BF-564 dövlət nömrə nişanlı avtomobillə Saatlı rayonu ərazisində yolu keçmək istəyən Əliyeva Rahilə Babaş qızını vurub.

Hadisə nəticəsində 68 yaşlı Bəylik kənd sakini Rahilə Əliyeva aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Vüsal Məmmədov barəsində açılan cinayət işinə Saatlı Rayon Məhkəməsində baxılıb. Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu bildirib. Mərhumun hüquqi varisi isə onu bağışladığını məhkəməyə məlumat verib.

Məhkəmənin hökmü ilə Vüsal Məmmədov Cinayət Məcəlləsinin 263.2-ci maddəsi (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) ilə təqsirli bilinərək 3 il azadlıqdan məhrum edilib və əlavə olaraq 1 il 6 ay müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum olunub. Cəza məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkiləcək.

Chosen
73
teleqraf.com

1Sources