EN

"Real" sabiq futbolçusunu geri qaytarır

İspaniyanın “Real Madrid” klubu sabiq argentinalı futbolçusu Niko Pası yenidən transfer etmək barədə düşünür.

İdman.Biz xəbər verir ki, bu barədə insayder Fabritsio Romano sosial şəbəkə hesabında məlumat yayıb.

Onun sözlərinə görə, “Kral klubu” hazırda İtaliyanın “Komo” klubunda çıxış edən 21 yaşlı oyunçu ilə ilkin razılıq əldə edib. Pas 2026-cı ilin yayında Madrid kollektivinin sıralarına geri dönəcək.

Niko Pas 2023/2024 mövsümündə də “Real”ın şərəfini qoruyub. Hücumameyilli yarımmüdafiəçi 2024-cü ilin yayında La Liqa klubundan ayrılaraq “Komo”ya transfer olunub.

Noyabrın birinci yarısında məlumat yayılmışdı ki, “Çelsi” “Komo”nun hücumameylli yarımmüdafiəçisi Niko Pas üçün rəsmi transfer sorğusu göndərib. London klubu 21 yaşlı futbolçunun dəyərinin yaxın illərdə 100 milyon avroya yüksələ biləcəyinə inanır. Lakin Pasın yetirməsi olduğu “Real Madrid” onun ingilis klubuna transferinə mane ola bilər.

“Çelsi”nin yarımmüdafiəçini 2026-cı ildə 9 milyon avroya, 2027-ci ildə isə 10 milyon avroya almaq seçimi var.
Bundan əlavə “İnter”in də argentinalı futbolçuya maraq göstərdiyi və ona 58 milyon avroluq təklif hazırladığı bildirilirdi.

Pas bu mövsüm bütün turnirlərdə 12 oyunda meydana çıxıb, dörd qol vurub və dörd məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2028-ci ilin yayına qədərdir. “Transfermarkt” portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 55 milyon avrodur.

İdman.Biz

Məqalədə:
Chosen
30
1
idman.biz

2Sources