EN

Fransa iki rus casusu həbs edildi

Unikal.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Fransa polisi ikisi Rusiya vətəndaşı olmaqla dörd nəfəri casusluqda şübhəli bilinərək həbs edib.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, saxlanılanlardan Anna ikili vətəndaşlığa malikdir. Fransız kəşfiyyat agentliyi DGSI yanvar ayından onu izləyirmiş.

Müstəntiqlər qadının kəşfiyyat məlumatlarının toplanması ilə məşğul olduğunu düşünür: o, Fransa şirkətlərinin rəhbərlərindən məlumat almağa cəhd edib və Ukraynaya silah tədarükünə qarşı çıxan SOS Donbass assosiasiyasını yaradıb. Fransa hakimiyyəti rəsmi olaraq casusların maraqları üçün çalışdığı ölkənin adını açıqlamayıb. İndi Annanı 45 il həbs və 600 min avro cərimə gözləyir.

Gülayə Mecid 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
43
1
unikal.az

2Sources